AZ

Türkiyədə təyyarə qəzası: pilot həlak oldu

Türkiyənin Eskişehir vilayətinin Sivrihisar bölgəsindən havaya qalxan M20J tipli tək mühərrikli təyyarə Erzurum–Bayburt–Rize sərhədində qəzaya uğrayıb.

Paralel.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, hadisə iyulun 2-də axşam saatlarında baş verib.

Təyyarədə 57 yaşlı pilot Mehmet Demirci və sərnişin Hicran Kaya olub. Məlumata görə, Demirci dünya turu məqsədilə bu uçuşu həyata keçirirmiş. Bildirilir ki, təyyarə Kaçkar dağlarının çətin relyefə malik yüksəkliyində qəzaya uğrayıb.

Təəssüf ki, pilot Mehmet Demirci hadisə yerində həyatını itirib. Sərnişin Hicran Kaya isə yaralı vəziyyətdə sağ xilas edilib və təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Həmidə İbrahimova

Seçilən
1
50
paralel.az

10Mənbələr