AZ

Xəstəxanalarda sıxlıq, dərman növbələri nə vaxt bitəcək?– TƏBİB rəsmisindən cavab - VİDEO


Azərbaycanda tibbi xidmətlərə müraciətlər artıb,bu dinamika çox yüksəlib. Tibb müəssisələrində xəstə sayında kəskin artım var, İTS tətbiqi dövlət tibb müəssisələrinə etibarı artırıb, hər kəs bundan yararlanmaq istəyir.

Medicina.az xəbər verir ki, bu barədə TƏBİB rəsmisi Zamirə Ədilova “Xəbər ertəsi” proqramında bildirib.

“Təbii ki, bu da növbələrin artmasına səbəb olur. Belə bir yanlış fikir formalaşıb ki, təcili və təxirə salınmaz hallarda xəstə növbə götürməlidir, müayinə və müdaxilə gecikir. Bu belə deyil, təcili hallarda xəstə aiddiyatı şöbələrə göndərilir, gözlədilmir. Növbələr planlı müayinələr üçündür. Eyni zamanda imtiyazlı xəstə kateqoriyasında müəyyən dərman təchizatı
məsələsi var, bu dərmanların paylanması əsasən ayın əvvəlini əhatə edir.

Bu zaman vətəndaşlar həmin dərmanları tez əldə etmək istəyir, bu da yenə sıxlıq yaradır. Məhz bu proses uzun müddət tələb edir, çox resurs lazımdır, bu vəziyyətdə sıxlıq qaçılmazdır.


Bakının ən böyük tibb müəssisələrində, xəstəxanalarında elektron növbələr qurulub və əhali bundan istifadə edə bilər.

Elektron növbələr xüsusi köşklər və monitorlar vasitəsilə idarə olunur. Onlayn randevu sistemində bir qədər çatışmazlıqlar olsa da istifadə olunur.

Hazırda regionlarda – Bərdə, Mingəçevir, Gəncə, Sumqayıtda elektron növbə sistemi qurulub və ilin sonuna qədər daha da genişləndiriləcək”.


Medicina.az







Seçilən
7
21
medicina.az

10Mənbələr