AZ

Bakıda gənc qız 14-cü mərtəbədən yıxıldı


Bakıda 14-cü mərtəbədən yıxılan qız sağ qalıb.

Medicina.az xəbər verir ki, hadisə dünən saat 17 radələrində Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində baş verib.

2008-ci il təvəllüdlü Z.M. həmin küçədəki 60 saylı 16 mərtəbəli binanın 14-cü mərtəbəsindən yıxılıb. Dərhal hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb.

Xəstəxanaya yerləşdirilmiş Z.M.-in vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
9
medicina.az

2Mənbələr