ABŞ-da kommersiya neft ehtiyatları dörd həftəlik azalmadan sonra yenidən artıb.
Finss.az xəbər verir ki, Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda ehtiyatların 3 milyon 845 min barel artaraq 418 milyon 951 min barelə çatdığı bildirilir.
Qeyd edək ki, analitiklər əksinə olaraq ehtiyatlarda 2 milyon 300 min barel azalma proqnozlaşdırırdılar.
Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları ilə bağlı açıqlanan rəsmi məlumatlar qlobal neft bazarına, xüsusilə "qara qızıl"ın qiymətinə əhəmiyyətli təsir göstərir.
Fuad Mədətov
Finss.az