2024-cü ilin dekabrında vurulan AZAL-a məxsus “Embraer E190” sərnişin təyyarəsinin Rusiya Müdafiə Nazirliyinin əmri ilə məhv edildiyi barədə məlumat təsdiqlənib.
"Cebheinfo.az" minval.az-a istinadən xəbər verir ki, bu barədə yayılan məlumatı müstəqil mənbə təsdiqləyib: “Bəli, sizin materialda deyilənlərin hamısı tamamilə həqiqətə uyğundur”, – deyə etibarlı mənbə bildirib.
Xatırladaq ki, daha əvvəl Minval.az saytı təyyarəni vuran heyətin üzvü olan kapitan Paladiçukun izahatını dərc etmişdi. O, telefonu vasitəsilə əmr aldığını və raketin buraxılması üçün göstəriş verdiyini bildirib. Yayılmış videoda iki dəfə “Atəş!” komandasının səsləndiyi eşidilir.
"Cebheinfo.az "