AZ

Hikmət Babaoğlu: “Kimsə hesab edirdisə ki, Rusiya böyük imperiyadır, azərbaycanlılara qarşı törətdikləri cavabsız qalacaq, səhv etmiş oldu...”

“Rusiyada azərbaycanlılara qarşı tətbiq edilən etnik ayrıseçkilik siyasəti azərbaycanlıların hüquqlarının tapdalanması kontekstində Azərbaycanın adekvat davranışını, bir daha dövlətimizin harada olursa-olsun, öz vətəndaşlarının arxasında olduğunu göstərdi. Və bir daha aydın oldu ki, Azərbaycan Prezidenti “Mən dünyada yaşayan bütün azərbaycanlıların Prezidentiyəm” deyərkən nə qədər haqlı idi. Azərbaycan vətəndaşı olub-olmamasından asılı olmayaraq dünyada yaşayan bütün azərbaycanlıların təhlükəsizliyini, onların hüquqlarını öz problemi kimi görür. Azərbaycan Rusiyanın törətdiyi cinayətlərə qarşı əslində hüquq çərçivəsində adekvat tədbirlər gördü. Beləliklə, güclü dövlət olmağın bir nümunəsini yaratdı”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

“Kimsə hesab edirdisə ki, Rusiya böyük imperiyadır, azərbaycanlılara qarşı törətdikləri cavabsız qalacaq, səhv etmiş oldu. Çünki Azərbaycan əsl hüquqi dövlət kimi davranaraq məhz hüquqi müstəvidə Rusiyaya cavab verdi. Bu isə vətəndaşlarımızda və dünyada yaşayan bütün azərbaycanlılarda bir daha dövlətimizə qarşı rəğbət, sevgi oyatdı. İndi isə bu cür gərginlik çox davam edə bilməz. Rusiya nəhayət hüquqi müstəviyə dönərək baş vermiş hər hansı məsələ ilə bağlı hüquqi prosedur başladacaqsa, Azərbaycan buna razıdır və yenə adekvat davranacaq”, — deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 3 İyul 2025, 11:37   
Seçilən
23
1
pravda.az

2Mənbələr