Məşhur kolumbiyalı hücumçu Radamel Falkao azad agent kimi "Millonarios"dan ayrılıb.
İdman.biz xəbər verir ki, 39 yaşlı futbolçu 2024-cü ilin iyunundan bu klubda çıxış edirdi.
O, "Millonarios"un heyətində ümumilikdə 29 oyunda 11 qol vurub.
Qeyd edək ki, daha çox "Porto", "Atletiko Madrid" və "Monako"dakı çıxışı ilə tanınan Falkao 2019-2021-ci illərdə "Qalatasaray"da da oynayıb.
İdman.biz