AZ

Xarici investorlar bu şərtlərlə hərracda iştirak edə bilərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən təşkil edilən hərraclarda ölkə vətəndaşları ilə yanaşı,əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici ölkələrin hüquqişəxsləri də iştirak edə bilərlər.

Trend-ə bubarədə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, bunun üçün, Azərbaycan Respublikasının ərazisindəmüvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayanşəxslər müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi iləəmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək, sifarişverib təşkil ediləcək hərraclarda iştirak edə bilərlər.

Xarici hüquqi şəxslər, daimi və ya müvəqqəti yaşamaq üçünicazəsi olmayan əcnəbilər və ya vətəndaşlığı olmayanlar tələbolunan sənədləri (hüquqi şəxslər nizamnaməsini və qeydiyyata alınmasənədlərini, müəssisə adından etibarnamə, digərləri pasport və s.)Azərbaycan Respublikasının həmin ölkədəki səfirlik vəkonsulluqlarında tərcümə etdirərək, apostil ilə təsdiqlətdikdənsonra əmlakın ilkin satış qiymətinin dəyərinə uyğun beh ödəyərək,sifariş verməklə hərraclarda iştirak etmək imkanı əldə edəbilərlər.

Sifarişlər yalnız Əmlak Xidmət Məkanında və ya müvafiq ərazihərrac komissiyalarında qəbul edilir.
Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından (www.emlak.gov.az)və Hərracların Təşkili Mərkəzinin rəsmi saytından (auksion.gov.az)hərraca çıxarılan əmlaklar üzrə seçim etmək mümkündür.

Qeyd edək ki, xarici investorlar Azərbaycanda əmlakınözəlləşdirilməsində (torpaq sahələri istisna olmaqla)qanunvericilikdə nəzərdə tutulmuş qaydada alıcı kimi iştirak edəbilərlər. Belə ki, Torpaq Məcəlləsinin 48-ci maddəsinə əsasən,əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər,beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərAzərbaycan Respublikasında torpaq sahələrindən yalnız icarə hüququəsasında istifadə edə bilərlər.

Seçilən
7
10
az.trend.az

10Mənbələr