ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) avqustun 26-da növbəti dəfə avtomobil hərracı keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə ƏMDX məlumat yayıb.
Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 6 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, Diasporla İş üzrə Dövlət Komitəsinə məxsus 1 ədəd "Xəzər", Hesablama Palatasına məxsus 2 ədəd "Toyota Kəmri" və Nazirlər Kabinetinin İşlər idarəsinə məxsus 1 ədəd BMV 730LI, 1 ədəd BMV 760LI və 1 ədəd "Volsvagen Passat" markalı minik avtomobilləridir.
Avtomobillərin buraxılış illəri 2006-2018-ci illər, start qiyməti 5 200 - 21 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.