Demokrat.az xatırladır ki, həmin gün saat 20:30-da metronun "28 May" stansiyasından "Gənclik" stansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış ikinci vaqonda partlayış baş verib.
Partlayışdan sonra qatarda yanğın başlayıb. Terror aktı nəticəsində 13 nəfər həlak olub, 58 nəfər isə yaralanıb.
"28 May" və "Gənclik" stansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs olunub. O, 1997-ci il noyabrın 29-da Azərbaycana ekstradisiya edilib. Azər Aslanov ifadəsində bildirib ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçı Zori Balayandan alıb.
Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, birinci partlayış hadisəsi 1994-cü il martın 19-da metronun "20 Yanvar" stansiyasında baş vermişdi.



8Mənbələr
-
hafta.azYanacaqdoldurma məntəqəsində PARTLAYIŞ ( 18934714)
-
hafta.azLuqanskın keçmiş meri öldü - PARTLAYIŞ ( 18913663)
-
demokrat.azZori Balayanın göstərişi ilə həyata keçirilən Bakı metrosundakı terrordan 31 il keçir — FOTOLAR ( 18891121)
-
hafta.azBakıda 13 nəfərin həyatına son qoyan O PARTLAYIŞ ( 18886633)
-
icma.azZori Balayanın göstərişi ilə həyata keçirilən Bakı metrosundakı terrordan 31 il keçir FOTO ( 18885739)
-
turkustan.azZori Balayanın göstərişi ilə həyata keçirilən Bakı metrosundakı terrordan 31 il keçir - FOTO ( 18885487)
-
oxu.azBakı metropolitenində baş vermiş TERROR AKTI: 13 nəfərin həyatına son qoyan partlayış ( 18883399)
-
ulusum.azBakıda kinostudiyada PARTLAYIŞ – Araşdırma aparılır ( 18697729)