
“Liverpul” klubunun28 yaşlı portuqaliyalı futbolçusu Dieqo Jota yol qəzasında həlak olub.
Yeniavaz.com “Marca”ya istinadla xəbər verir ki, hadisə bu gecə İspaniyanın Zamora əyalətində, A-52 avtomagistralının 65-ci kilometrində, Sanabriya bölgəsi yaxınlığında baş verib.
“Jota kiçik qardaşı Andre ilə birlikdə (o da 26 yaşlı peşəkar futbolçudur, Portuqaliyanın “Penafiel” klubunda çıxış edirdi) avtomobildə olarkən yol nəqliyyat hadisəsi baş verib. Avtomobil yoldan çıxaraq qəzaya uğrayıb və alovlanıb. Hadisə yerində olan şahidlər dərhal təcili tibbi yardıma məlumat veriblər. Qardaşlar hadisə yerindəcə həlak olublar”, - nəşr yazır.