AZ

Trampın oğlu: “Rusiyanın seçkilərə müdaxiləsi yalanı ifşa olunmalıdır!

Trampın

ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu, kiçik Donald Tramp, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Rətklifin 2016-cı il ABŞ prezident seçkilərinə guya Rusiyanın müdaxiləsi ilə bağlı yayılan yalanları ifşa etməyə davam etməli olduğunu bildirib. Bu barədə TASS məlumat yayıb.Onun fikrincə, MKİ-nin bir çox əməkdaşları belə etiraf edirlər ki, həmin dövrdə idarəyə rəhbərlik edən Con Brennan və onun yaxın çevrəsi “kəşfiyyat icmasının saxta qiymətləndirməsini” qəsdən hazırlayıblar ki, bu da Trampın prezidentliyinə zərbə vurmaq məqsədi daşıyıb.Əvvəl yayımlanan MKİ hesabatında da qeyd olunmuşdu ki, guya Rusiyanın 2016-cı il seçkilərinə Trampı dəstəkləmək məqsədilə müdaxilə etdiyi haqda hazırlanan kəşfiyyat hesabatı ciddi prosedur pozuntuları ilə tərtib edilib və siyasi məqsədlərlə yönləndirilib.Rətklif isə sosial şəbəkə X-də yaydığı açıqlamada vurğulayıb ki, 2016-cı il seçkilərinə dair hesabat, MKİ-nin sabiq rəhbəri Con Brennan və sabiq FTB direktoru Ceyms Kominin yaratdığı siyasi təzyiq atmosferində, korrupsiyalaşmış bir prosesin məhsulu olub.Ulusum.az

Diqqət Çəkənlər

Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət

“Şəkərsiz” və ya “təbii” yazılarına kor-koranə inanma

Sensasiya! “Minval Politika” Rusiya Müdafiə Nazirliyinin AZAL reysinin məhv edilməsi ilə bağlı əmrinin anını dərc edir

Seçilən
25
50
ulusum.az

10Mənbələr