AZ

ABŞ: Kiyevə silah tədarükü ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişik

ABŞ: Kiyevə silah tədarükü ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişik

Vaşinqton administrasiyası bəzi silah növlərinin tədarükünü dayandırmaq qərarı ilə bağlı Kiyevə əvvəlcədən xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

O, jurnalistin Kiyevin Amerika tərəfinin qərarından öncədən xəbəri olmadığı barədə iradına “bu, düzgün deyil” deyə cavab verib. "Əlbəttə, bəzi ukraynalılar bu barədə xəbərlərdən öyrənə bilər. Bizim Ukrayna ilə həmişə etibarlı əlaqə kanallarımız olub. Mən təchizatın dayandırılması ilə bağlı xəbəri Kiyevə kimin ötürdüyünü müzakirə etməyəcəyəm. Belə bir söhbət Ukraynanın ABŞ üçün əhəmiyyətinə görə baş verib" - deyə Bryus vurğulayıb.

“Düşünürəm ki, Ukrayna ilə bağlı öhdəliyimiz qaldığını nəzərə alsaq, indi baş verənlərin mahiyyəti ilə bağlı diqqətli olmalıyıq”, - deyə o, silah tədarükünün dayandırılmasından danışaraq əlavə edib. O, əmin edib ki, ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəni diplomatik yollarla həll etməyə çalışır.

Seçilən
13
29
afn.az

10Mənbələr