AZ

Geyimlər şkafda qaldıqca qoxu gəlir? - 1 üsulla həll edin

Çox vaxt dolabda saxlanılan geyimlərdə nəm və qapalı hava səbəbindən xoşagəlməz  qoxu yaranır. Bu qoxudan qurtulmaq üçün geyimləri yenidən yumağa və ya kimyəvi təmizləməyə ehtiyac duyulur. Halbuki bu problemi çox sadə və qənaətcil üsulla aradan qaldırmaq olar – bir stəkan adi düyü ilə.

News24.az xarici mediaya istinadən düyünün istifadə qaydasını açıqlayır.

Necə tətbiq edilir:

Təmiz və quru bir stəkana və ya qaba az miqdarda (təxminən 100-150 qram) quru düyü tökün. Onu paltar dolabının bir rəfinə yerləşdirin. 2-3 gün ərzində qoxunun azaldığını hiss edəcəksiniz.

Düyü havadakı rütubəti və pis qoxuları sorur, beləliklə, dolabın havası daha təmiz və təravətli olur.

Təcrübəni daha da təsirli etmək üçün:

Düyüyə bir neçə damcı efir yağı əlavə edin. Lavanda, evkalipt, nanə və ya sitrus ətirli yağlar bu iş üçün ideal seçimlərdir.

Bu təbii qoxu uducu vasitə təxminən 3-4 həftə aktiv qalır. Daha sonra düyünü dəyişmək tövsiyə olunur.

Bu üsul təkcə qoxularla deyil, həm də geyimləri güvə və digər dolab ziyanvericilərindən qorumağa kömək edir. Efir yağı ilə birgə istifadə olunduqda bu qarışım təbii güvə əleyhinə vasitə kimi çıxış edir./lent


Seçilən
6
14
news24.az

10Mənbələr