AZ

Telefona görə qətl – Psixoloqdan valideynlərə xəbərdarlıq

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunun Qadaşoba kəndində qətl hadisəsi baş verib. Yeniyetmə oğlan anası 43 yaşlı  Lətifova Kifayət Nadir qızını bıçaqlayıb. Çoxsaylı bıçaq yaraları alan qadın ölüb. Qonşuların bildirdiyinə görə, hadisəyə səbəb yeniyetmənin əlindən telefonunun alınması olub. Bu kimi hallar artıb. Bəs bunun qarşısını necə almaq olar? Valideynlər necə davranmalıdır? 


Mövzu ilə bağlı Manset.az-a danışan  klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, müasir dövrdə uşaqların telefon asılılığının yaranması gözlənilən hal idi.

"Böyüklərin iş və sosial həyatı rəqəmsallaşması yaranmış mənzərəni dəyişmək çətindir. Hansısa qadağa ilə uşaqları telefon asılılığından xilas etmək olmaz. Əgər hansısa qadağa tətbiq olunacaqsa bu addım emosional deyil, rasional atılmalıdır. Valideynlər uşağın sabit və sakit durması üçün onları mobil cihazlardan asılı hala gətirirlər. Çünki özləri də asılıdırlar, ona görə çıxış yolunu qadağa etməyin lazım olduğunu düşünürlər. Hansısa vərdişi dəyişmək üçün əvəzləyici təqdim edilməlidir, sonra məhdudiyyətlər tətbiq olunmalıdır. Valideynlər övladlarının yaşına uyğun fikir və davranışlarını müşahidə edirlərsə psixi sağlamlıq mütəxəssisinə müraciət etməlidirlər".

R.Nəcəfov qeyd edib ki, rəqəmsal oyunlar insanların real həyatdakı reaksiyalarını məhdudlaşdırır:

"Uşaq öz emosiyalarını necə ifadə edəcəyini bilmir. Ona görə də real həyatda ona mane olan hər kəsi cəzalandırmaq istəyir. Pedoqoji geriləməsi yaranır. Empatiya hissini itirən insan üçün doğma insanlar da yadlaşır. Nəticə də daha ağır psixoloji pozuntular yaranır. Rəqəmsal dünyada cinayətin cəzası olmadığı üçün, real həyatda qanun anlayışı əhəmiyyətini itirir. Hər bir asılılıq insanda ətrafa qarşı nifrət yaradır. Kimliyini rəqəmsallaşdıran insan real həyatda adekvat düşüncə və davranış ifadə edə bilməz. Düşüncə və davranışın cinayət faktoru olmasını gözləmək olmaz".


Seyranə Quliyeva

Seçilən
11
43
manset.az

10Mənbələr