AZ

Orban Zelenskiyə çağırış etdi | VİDEO

AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri bir il əvvəl Kiyevə səfəri çərçivəsində vaxtın onun xeyrinə işləmədiyi barədə Zelenskiyə xəbərdarlıq etdiyini və özünün haqlı çıxdığını vurğulayıb. Viktor Orban münaqişənin davam etdiyini, Avropanın artıq tükəndiyini, Amerikanın silah təchizatının azaldığını diqqətə çatdırıb.

“Bu, teatr deyil, serial deyil, soyuq və sərt reallıqdır. Macarıstan sülh tərəfində qaldı. Zelenskinin ona qoşulması hələ də gec deyil”,- Macarıstan hökumətinin başçısı “X” sosial şəbəkəsində yazıb.

Orban Ukrayna ilə bağlı xəbərdarlıq edib | VİDEO
Xatırladaq ki, bundan əvvəl Viktor Orban NATO-da alyansla Rusiya arasında istənilən münaqişənin üçüncü dünya müharibəsinə gətirib çıxaracağına inanan çoxluğun formalaşdığını açıqlamışdı. O, həmçinin Ukraynanın NATO-ya qəbulunun barut çəlləyini yandırmağa bərabər olacağını iddia edib.

Siyasətçinin fikrincə, Avropa İttifaqının (Aİ) Ukraynanı öz sıralarına qəbul etmək üçün aktiv istəyi cəbhə xəttini tez bir zamanda “Avropanın tam ürəyinə” köçürəcək. Macarıstanın baş naziri qeyd edib ki, qitənin döyüş meydanına çevrilməsinə icazə verilməməlidir.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
19
37
azvision.az

10Mənbələr