Ajans.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib. Qəsəbə sakini 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub. Hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil. Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.