AZ

“Microsoft” minlərlə işçini qurban verir

Dünyanın texnologiya nəhəngi "Microsoft" minlərlə əməkdaşını işdən çıxarmağa hazırlaşır. Şirkət bu dəfə əsasən "Azure" adlı süni intellekt və bulud texnologiyaları bölməsində çalışan əməkdaşları hədəf alacaq.

News24.az yenisabah.az-a istinadla xəbər verir ki, “Bloomberg”in məlumatına görə, ixtisar qərarı yaxın günlərdə rəsmi olaraq açıqlanacaq. Qərarın əsas səbəbi kimi texnologiya sektorundakı rəqabətin artması və süni intellektə yönələn yeni strategiya göstərilir.

Qeyd edək ki, "Microsoft"  2023-cü ildə də 10 min nəfəri işdən çıxarmışdı. Budəfəki ixtisarın da sayca minlərlə əməkdaşı əhatə edəcəyi bildirilir. Şirkət son dövrlər əsas diqqətini OpenAI ilə əməkdaşlıq çərçivəsində süni intellekt layihələrinə yönəldib. Sezar pizza

Hazırda "Microsoft"un dünya üzrə 220 mindən çox işçisi var. İxtisarların əsasən ABŞ və Avropa bazarlarında həyata keçiriləcəyi gözlənilir.


Seçilən
13
2
news24.az

10Mənbələr