Kerem Demirbay "Qalatasaray"dan ayrılıb.
Rekord.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi karyerasını "Eyüpspor"da davam etdirəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kerem komandaya azad agent kimi qoşulub. Keremlə 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.
Demirbay 2024/2025 mövsümündə "Qalatasaray"ın heyətində 34 rəsmi matçda 3 qol ötürməsi edib.