2025-ci ildə “Qazprom” avropalı müştərilərə cəmi 8,33 milyard kubmetr qaz nəql edib.
Sitat.info xəbər verir ki, bu barədə “Röyters” “Türk axını”nın statistikasına əsasən məlumat yayıb.
“Bu tədarük göstəricisi əvvəlki illə müqayisədə 47% azdır. Rusiyanın bu sahədə illik göstəricisi çətin ki, 16 milyard kubmetri - “Türk axını”nın Avropa qolunun maksimal gücünü keçsin. Rusiya 1970-ci illərin əvvəlindən Avropaya bu qədər az qaz ixrac etməyib. Məsələn, 1975-ci ildə Avropaya 19,3 milyard kubmetr, 1980-ci ildə isə Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra artıq 54,8 milyard kubmetr nəql edilib. Ukraynanın tammiqyaslı işğalından əvvəl boru kəməri ilə Avropaya qaz ixracı 200 milyard kubmetrə çatmışdı”, - məlumatda bildirilib.