AZ

İsrail və Rusiya gizli danışıqlar aparır

İsrail və İran arasında atəşkəs elan edildikdən sonra İsrail rəsmiləri Rusiyanın İran və Suriya münaqişələrində iştirakı ilə bağlı Moskvada yüksək rütbəli diplomatlarla danışıqlara başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin "Kan News" nəşri məlumat dərc edib. 

Nəşr qeyd edir ki,  İsrail Rusiyanın onunla İran arasında vasitəçilik etmək təklifini qəbul edib. Məqsəd İran və Suriya məsələsində ruslardan istifadə edərək diplomatik həllə nail olmaqdır.

Eyni zamanda, İsrail İranla bağlı məsələlərdə ABŞ ilə razılığa gəlmək istəyir və baş nazir Benyamin Netanyahunun gələn həftə prezident Donald Trampla görüşərək məsələni müzakirə edəcəyi gözlənilir.

Gülayə Mecid 

Seçilən
20
50
unikal.az

10Mənbələr