AZ

Ermənistanın ədliyyə naziri Konstitusiyadakı dəyişikliklərdən danışdı

Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərə açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində Konstitusiya islahatları üzrə Şuranın iclası çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Nazirin sözlərinə görə, yeni əsas qanunun (Konstitusiyanın) mətni hələlik hazır deyil. Bu səbəbdən o, indidən detalları açıqlamaqdan imtina edib. Qalyan bildirib ki, Şura ilkin mərhələdə əsas prinsipləri müzakirə edəcək. Bəzi məsələlər üzrə aydınlıq olsa da, digərləri hələ açıq qalır.

“İctimai müzakirələrin nəticəsində çox şey dəyişə bilər,” – deyə nazir əlavə edib.

Konstitusiya layihəsinin hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş vaxt dəyişməyib – sənəd gələn ilin yazında hazır olacaq.

Jurnalistlərin “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın saxlanılıb-saxlanılmayacağı” ilə bağlı sualına cavab verən nazir qeyd edib ki, bu məsələyə Konstitusiya islahatları Şurası qərar verəcək.
(Qeyd: Bu istinadın Konstitusiyadan çıxarılmasını Bakı tələb edir.)

Prezident idarəçiliyi modelinə qayıtmaq məsələsinə də toxunan Qalyan bu sahədə hər hansı dəyişiklik planlaşdırılmadığını vurğulayıb.

Musavat.com

Seçilən
4
50
musavat.com

10Mənbələr