Lənkəran rayonunda ailə faciəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Biləsər kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Məzahir Ağamməd oğlu Rəcəbov ailədaxili münaqişə zəminində həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Daha sonra o, boğazını kəsərək intihar edib.
Məzahir Rəcəbov hadisə yerində dünyasını dəyişib. Yaralı qadın isə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta