ABŞ prezidenti Donald Trampın administrasiyası mikrosxemlərin hazırlanması üçün proqram təminatının Çinə ixracına qoyulan bəzi məhdudiyyətləri aradan qaldırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
Agentlik bildirir ki, ABŞ Ticarət Departamenti alman texnologiya nəhəngi Siemens AG-ni xəbərdar edib ki, bundan sonra Çində iş görmək üçün xüsusi dövlət lisenziyalarına ehtiyac yoxdur. Şirkət artıq Çin müştərilərinin proqram təminatı və texnologiyasına tam çıxışını bərpa edib.
Bloomberg xatırladır ki, Vaşinqton bu ixraca nəzarət tədbirlərini Pekinin ABŞ-a əsas mineralların tədarükünə qoyduğu məhdudiyyətlərə cavab olaraq may ayında tətbiq edib.