AZ

Gürcü ekspert: Azərbaycanın beynəlxalq aləmdə müstəqil siyasəti Rusiyanın xoşuna gəlmir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakının Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra Azərbaycanın xarici siyasətində mühüm dəyişikliklər qaçılmaz oldu.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə “İnterpressnews”a müsahibəsində tanınmış gürcü ekspert Emil Avdaliani deyib.

O, Bakının Qarabağı işğaldan azad etməsindən sonra Moskvadan asılılığının azaldığını, müstəqil siyasət yürüdərək beynəlxalq oyunçularla əlaqələrini dərinləşdirdiyini, Cənubi Qafqazda aparıcı rola can atan Rusiyanın isə Azərbaycanın belə siyasətini bəyənmədiyini bildirib.

“Bakı ilə Moskva arasında qeyd olunan gərginlik 2024-cü ilin dekabrında Azərbaycan təyyarəsinin Rusiya ərazisi üzərində vurulması ilə başlasa da, bir neçə gün əvvəl Yekaterinburqda baş verən insident iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. Düşünürəm ki, bu hadisələr gərginliyin real səbəbindən daha çox bəhanədir. 2023-cü ilin sentyabrında rəsmi Bakının Rusiya sülhməramlılarını çıxararaq Dağlıq Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra Azərbaycanın xarici siyasətində mühüm dəyişikliklər qaçılmaz oldu. Bakının Moskvadan siyasi asılılığı azaldı. Eyni zamanda, Azərbaycanın son aylarda digər mühüm oyunçularla, məsələn, Pakistan, ABŞ, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri, İsrail ilə fəal əlaqədə olduğu müşahidə edilir. Bura İranla inkişaf etdirilən münasibətləri və Türkiyə ilə ənənəvi yaxın bağları əlavə etmək olar. Təbii ki, Cənubi Qafqazda aparıcı rola can atan Rusiya Azərbaycanın güclənməsini və beynəlxalq arenada Moskvadan asılı olmayan siyasət yürütməsini bəyənmir. Eyni zamanda, Azərbaycan bu gün Rusiya üçün mühüm ticarət, iqtisadi və tranzit tərəfdaşıdır. Rusiyanı İran, Körfəz və Hindistanla birləşdirən Şimal-Cənub dəhlizinin qərb hissəsi Azərbaycandan keçir. Bakı bu üstünlüyü yaxşı başa düşür ki, bu da Azərbaycanın Yekaterinburq hadisələrinə gözlənilməz sərt reaksiyasını qismən izah edir”, - Avdaliani qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
50
apa.az

10Mənbələr