AZ

Naxçıvanda məktəb direktoru yük avtomobilinin altında qalaraq ölüb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Naxçıvanda məktəb direktoru faciəvi şəkildə ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Ordubad rayonunun Nürgüt kəndində baş verib.

Bu gün səhər saatlarında ot sahəsinə gedərkən Kəlbəcər rayonunun Susuzluq kənd sakini, 1985-ci il təvəllüdlü Yusibov Adim Adıgözəl oğlu yük avtomobilinin altında qalıb. Təcili-tibbi yardım avtomobili ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 2013-cü ildən Nürgüt kəndində yaşayan A.Yusibov Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
50
apa.az

10Mənbələr