AZ

Şavkat Mirziyoyev və Ersin Tatar Füzuli rayonuna səfərə gəliblər

ain.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

Ölkə.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

***

Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib.

Ölkə.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağı elm və təhsil naziri Emin Əmrullayev və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
50
olke.az

10Mənbələr