BAKI, 3 iyul. TELEQRAF
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin "Sutikinti" Müəssisəsi adını və təşkilati-hüquqi formasını dəyişir.
Teleqraf xəbər verir ki, qurum "İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti" Publik Hüquqi Şəxsin "Sutikinti" Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.
Qeyd edək ki, sözügedən qurumun hazırda dövlətə 5 842.08 manat vergi borcu da var.
Eyni zamanda müəssisə vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2011, 2019, 2021 və 2022-ci ildə 5 hal üzrə toplam 200 manat maliyyə sanksiyası alıb.
Nizamnamə kapitalı 1 milyon 423 min 420 manat olan şirkətin qanuni təmsilçisi İmanli Orxan Yasəf oğludur.