Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki,yulun 1-i saat 21 radələrində Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində fəhlə 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vurub.
Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.