AZ

Gərginlik pik həddə - Putin zəng edəcək

Rusiya Prezidenti Vladimr Putin bu axşam beynəlxalq telefon danışıqları aparacaq.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O həmçinin bildirib ki, Rusiya ABŞ-nin Kiyevə silah tədarükünü dayandırmasını diqqətlə izləyir:

"Kiyev nə qədər az raket alarsa, Xüsusi Hərbi Əməliyyatın sonu bir o qədər yaxın olar. Kreml hesab edir ki, Rusiya tərəfindən hazırlanmış memorandumun mediada müzakirəsi Ukrayna ilə nizamlama prosesinə zərər verə bilər. Rusiya hələ Ukrayna tərəfi ilə müzakirə olunmamış memorandumun məzmununu ictimaiyyətə açıq şəkildə müzakirə etmir".

Peskov əlavə edib ki, Putinlə Tramp arasında danışıqların hazırlanması barədə öncədən məlumat verilməyəcək, danışıqlardan sonra informasiya təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
50
olaylar.az

10Mənbələr