AZ

Paşinyan yeni katolikos seçilməsini tələb edib | VİDEO

AzVision.az xəbər verir ki, Ermənistanın baş naziri bununla bağlı sosial şəbəkədə paylaşım edib.

“Növbədənkənar seçkilər mütləq olmalıdır. Bütün Ermənilərin katolikosunun növbədənkənar seçkiləri”,- Nikol Paşinyan yazıb.

Xatırladaq ki, EAK ilə Ermənistan hökuməti arasında münasibətlər Paşinyanın Qarabağın Azərbaycana məxsus olması ilə bağlı bəyanatlarından sonra pisləşib. Kaolikos II QareginPaşinyanın istefasını tələb edib. Mayın sonundan bəri mütəmadi şəklidə katolikosu və arxiyepiskopları tənqid atəşinə tutan baş nazir onların subaylıq andını pozduqlarını əsas gətirərək, kilsəni tərk etmələri tələbini qoyub.

Şirak yeparxiyasında axtarışlar gedir| VİDEO
İyunun sonlarında Ermənistanda EAK-ın iki arxiyepiskopu – müxalif “Müqəddəs mübarizə” hərəkatının lideri Baqrat Qalstanyan və Şirak yerparxiyasının rəhbəri Mikael Acapahyan hakimiyyəti ələ keçirməkdə və ölkədə terror aktları planlaşdırmaqda şübhəli bilinərək həbs olunub. Onlardan başqa daha 15 nəfər həbs edilib. EAK arxiyepiskopların həbsini “şəxsi qisas” adlandıraraq onları azad etməyə çağırıb.

“Müqəddəs mübarizə” maxalif hərəkatının lideri Baqrat Qalstanyan 2024-cü ildə Azərbaycanla sərhədlərin delimitasiyası məsələsində Paşinyanın siyasətinə qarşı İrəvanda etiraz aksiyaları keçirmişdi.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
8
16
azvision.az

10Mənbələr