Türkiyənin Antalya vilayətinin Muradpaşa rayonunda yaşayış binaları yaxınlığında meşə yanğınları başlayıb.
Sfera.az xəbər verir ki, bu gün yerli vaxtla saat 10:30 başlayan yanğına havadan və qurudan müdaxilə edilir.
Məlumata görə, yanğının yaşayış binalarına keçmə təhlükəsi olduğu üçün kütləvi ixtişaşlara müdaxilə maşınından da istifadə edilir.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
***
Türkiyədə meşə yanğınları davam edir.
2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir.
Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb.
Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb.
İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay “Çeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq” deyib.
Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb.