AZ

Keyt Middlton “qorxunc təcrübə”sindən danışdı

Kulis.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Uels şahzadəsi Keyt Middlton xərçəng müalicəsini “çox qorxunc bir təcrübə” kimi dəyərləndirib.

Kulis.az xəbər verir ki, müalicədən sonrakı dövrün çox vaxt nəzərdən qaçdığını vurğulayan şahzadə deyib: “Əslində ən çətin proses o andan sonra başlayır. Artıq klinik heyətdən birbaşa dəstək almırsan, amma hələ də evdə əvvəlki kimi funksional deyilsən.”

Normal həyata qayıtmağın vaxt apardığını bildirən Middlton bu müddətdə psixoloji və ruhi dəstəyin vacibliyinə diqqət çəkib.

Kolkester xəstəxanasına səfər edən Uels şahzadəsi xəstəxananın bağına 50 ədəd “Keyt Gülü” fidanını bağışlayıb.

Qeyd edək ki, şahzadənin adını daşıyan bu xüsusi gül növünün satışından əldə olunacaq gəlir Royal Marsden Xərçəng Fonduna ianə ediləcək.

Dözümlü xalqıma heykəl qoyulsun - Günün şeiri

Matsoni - Əli Novruzovun yeni hekayəsi

Remark ağlaya-ağlaya kimə məktub yazırdı?

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
3
kulis.az

4Mənbələr