AZ

Kriştiano Ronaldo: "Az əvvəl milli komandada bir yerdə idik, yeni evlənmişdin"

Kriştiano Ronaldo milli komandadakı oyundaşı Dioqo Jotanın faciəli ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

İdman.biz xəbər verir ki, onlar iyunun 8-də Portuqaliyaya UEFA Millətlər Liqasında ikinci çempionluğu qazandırmışdılar.

Kriştiano Ronaldo paylaşımında belə yazıb: "Heç bir mənası yoxdur. Az əvvəl milli komandada bir yerdə idik, yeni evlənmişdin. Ailənə, həyat yoldaşına və övladlarına dərin hüznlə başsağlığı verir, onlara güc arzulayıram. Bilirəm ki, sən həmişə onlarla olacaqsan. Dioqo və Andre, rahat yatın. Hamımız sizin üçün darıxacağıq".

İdman.biz

Seçilən
21
1
idman.biz

2Mənbələr