AZ

Azərbaycan müstəqil dövlət kimi Rusiya ilə münasibətlərində öz maraqlarını qorumağa davam edəcək

ain.az, Bizimyol saytına istinadən bildirir.

Kreml Sputnik Beynəlxalq Agentliyində “jurnalist” olaraq çalışan FTX agentlərinin, Kremlin təbirincə desək jurnalistlərin Bakıda saxlanmasını “emosional reaksiya” adlandırıb. “Rusiya ümid edir ki, Azərbaycanın “son dərəcə emosional reaksiyası” birbaşa ünsiyyətlə əvəzlənəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Sputnik Beynəxalq xəbər agentliyinin “2025-ci ilin fevralında akkreditasiyasının dayandırılmasına baxmayaraq, qeyri-qanuni maliyyələşdirmə” əsasında fəaliyyəti ilə bağlı məlumatlar araşdırılır.

Emossional yanaşma... Çox qəribə ifadədir. Soydaşımız Rusiyada vəhşicəsinə döyülür, öldürülür və həmin ərəfədə Azərbaycan iki agenti həbs edir və Kreml bunu emossional yanaşma adlandırır. Bəs Azərbaycan Rusiyaya eyni şəkildə qarşılıq versəydi, o zaman Krem bunu nə adlandıracaqdı? Rusiya “hər şeyin həddi var” fikrini unudur, ya da heç xatırlamır da...

Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər son dövrlər kəskinləşib.

Elşad Musayev

“Əvvəllər nisbətən sakit olsa da, Rusiyanın istəkləri və niyyəti bəlli idi. Rusiya bölgəni öz təsirində saxlamaq istəyir. Azərbaycanın son dövrdə güclənməsi Rusiyanı narahat edir. Eyni zamanda, Azərbaycan prezidentinin nüfuzunun artması da aydın görünür ki, Rusiyanın maraqlarına uyğun deyil. Bu səbəbdən də, son vaxtlar Rusiya tərəfindən Azərbaycana qarşı təzyiq siyasəti həyata keçirilməyə başlanılıb.

Kremldən belə bir ifadə səsləndirdi ki, "Azərbaycan tərəfinin addımları emosionaldır". Azərbaycan tərəfi cavab tədbiri görür. Bu cavab tədbirini Rusiya emosional qəbul etsə də, etməsə də Azərbaycan üçün önəmi yoxdur. Rusiyanın addımları açıq-aydın kobuddur və imperiya ambisiyalarına uyğundur. Bu davranış həm Rusiya qanunvericiliyinə, həm də beynəlxalq hüquqa ziddir. Ona görə də iki ölkə arasındakı münasibətlərdə gərgin vəziyyət yaşanır”-deyən deputat hesab edir ki, cavab tədbiri kifayət qədəri sərt cavabdır.

Deputatın fikrincə, dövlətlər arasında münasibətlər və məsələlər hisslə, həyəcanla, emosiya ilə həll olunmur.

“Rusiya lazım olan dərsi aldı. Bundan sonrakı mərhələdə nisbətən münasibətlər normallaşmağa doğru gedəcək. Amma bütün hallarda Rusiya ilə münasibətdə diqqətli olmalıyıq. Çünki Rusiya tərəfindən istənilən vaxt təxribat ola bilər. Biz bu təxribatlara hazır olmalıyıq.

Azərbaycan müstəqil dövlət kimi Rusiya ilə münasibətlərində təbii ki, öz maraqlarını qoruyacaq. Sonrakı müddətdə də hər hansı baş verə biləcək təxribatdan ölkəmizi qorumalıyıq. Rusiya da yerini, həddini biləcək”-deyə deputat bildirib.

Elşad Musayev hesab edir ki, dövr dəyişir və yeni dünya nizamı qurulur, hazırda bu proses sancılı keçir.

“Təbii ki, bu dönəmdə iri güclər, xüsusən Rusiya kimi qaba, kobud güc öz istəklərini zorla yerinə yetirmək istəyir. Biz də ayaqda durmaq istəyiriksə də, ona cavab verməliyik. Bu gün Azərbaycan keçmişdən fərqli olaraq, tək deyil. Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var. Digər tərəfdən də Azərbaycan hərbi və iqtisadi baxımdan xeyli dərəcədə güclənib. Bu səbəbdən də, insanlarımızın da dirənişi nəticəsində Azərbaycan-Rusiya ilə münasibətləri əvvəlkindən daha yaxşı səviyyəyə qaldırmağa gücü çatacaq”-deyə.

İradə Cəlil, Bizimyol. Info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
50
icma.az

10Mənbələr