AZ

“Çempionlar Liqasında oynamaq istəyirəm” – Rövşən Avropa klublarıyla “Araz-Naxçıvan” arasında qalıb

Bir müddət əvvəl “Astana”dan ayrılan futzal yığmamızın qapıçısı Rövşən Hüseynlinin “Araz-Naxçıvan”la müqavilə imzalamağa yaxın olduğunu yazmışdıq.

Prosesin nə yerdə qaldığını öyrənmək məqsədilə Rövşənlə əlaqə saxladıq. Onun “Football-plus.az”a cavabı:
“Bəli, Azərbaycandayam. İdman formamı itirməmək üçün fərdi məşqlər edirəm. “Astana”dan öz istəyimlə ayrıldım. Bu komandayla növbəti mövsüm üçün 90 faiz razılığa gəlmişdik. Lakin son anda özüm qərarımı dəyişdim. Klubla aramda hansısa problem yoxdu. Münasibətlərimiz qaydasındadı. Sadəcə, artıq Çempionlar Liqasında oynamaq istəyirəm. “Araz-Naxçıvan” və Çempionlar Liqasında çıxış edəcək iki Avropa klubu ilə danışıq aparıram. Qərarım təkcə öz karyeramla yox, həm də qız övladımla bağlıdı. Onun gələcəyini, təhsil həyatını düşünməliyəm. Astanada bununla bağlı araşdırma etdim. Lakin məni qane edən nəsə olmadı. Həm də bu səbəbdən Qazaxıstandan ayrılmalı oldum. Həmçinin əvvəllər yeganə prioritet millimiz idi. Düşünürdüm ki, yığmamıza legioner kimi daha çox fayda verə bilərəm. Lakin indi “Araz-Naxçıvan” da Çempionlar Liqasında uğurlu çıxış etmək istəyir. Bununla belə, övladımın Avropada təhsil alması da ideal variantdı. Hələ fikirləşirəm. Karyeramı harda davam etdircəyim haqda yekun qərarımı verməmişəm”.
KƏNAN BAHADIR
Seçilən
6
20
football-plus.az

10Mənbələr