AZ

MOK-un iki üzvü Avropa Olimpiya Komitələrinin müxtəlif komissiyalarına üzv seçilib

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.

Milli Olimpiya Komitəsindən (MOK) 90deqiqe.Az-a verilən məlumata görə, komissiyanın yeni tərkibində MOK-un iki üzvü də yer alır.

Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Avropa Olimpiya Komitələrinin (AOK) eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü seçiliblər.

Seçilən
41
8
90deqiqe.az

7Mənbələr