AZ

Ruslar sosial binaları vurub, ölən və yaralılar var

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya ordusu Ukraynanın Poltava şəhərinə zərbə endirib. Nəticədə Poltava Birləşmiş Şəhər Ərazi Mərkəzinin İşə Qəbul və Sosial Dəstək Mərkəzinin (TCC və SP) binasında yanğın baş verib.Reyting.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.Məlumata görə, başqa bir zərbə nəticəsində Poltava Regional TCC və SP yaxınlığında fərdi yaşayış binasının ərazisində yanğın başlayıb.“Təəssüf ki, ölən və yaralananlar var. Xüsusən də mülki şəxslər arasında. Fövqəladə hallar xidməti hadisə yerində işləyir. Həlak olanlar barədə əlavə məlumat dəqiqləşdirilir”,- Baş Qərargahdan bildiriblər.Qeyd edilir ki, rusların zərbəsi nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb.V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
38
reyting.az

10Mənbələr