AZ

Ukrayna Kəşfiyyatı rus PUA larına qarşı əməliyyat keçirib VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Kəşfiyyatı Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) operatorlarının yerləşdiyi mövqelərə əməliyyat keçirib.

Məlumata görə, 90 mövqe müəyyən edilib, onlardan 42-si məhv edilib və ya zədələnib.

Əməliyyatda Ukrayna Müdafiə Nazirliyinin HUR nəzdindəki Aktiv Hərəkətlər Departamenti, Hərbi Hava Qüvvələri Komandanlığı, 128-ci Dağ-Hücum Briqadası, 128-ci Ərazi Müdafiə Briqadası, pilotsuz sistemlər üzrə “Flight Skull” bölməsi, “Zaporojye” əməliyyat-taktiki qruplaşması və “Tavriya” əməliyyat-strateji birlikləri iştirak ediblər.

Bundan əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirmişdi ki, Rusiya özünün suüstü dron modellərini inkişaf etdirməyə çalışsa da, bu sahədə ciddi uğur əldə edə bilməyib. Onun sözlərinə görə, iyun ayının əvvəlində Rusiya qüvvələri eksperimental modellərdən istifadə etməyə cəhd göstərsə də, həmin cihazlar hədəfə çatmadan detonasiya edib.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
50
azpolitika.info

10Mənbələr