Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov ötən günlərdə Yekaterinburqda öldürülən Səfərov qardaşlarının ekspertiza nəticələrini açlqayıb. Ədalət Həsənov bildirib ki, qardaşların heç biri iti alət və odlu silahla vurulmayıb, küt alətlə vurulublar. Ekspertizanın rəyinə görə, meyitlərin xarici və daxili müayinəsində çoxlu travmalara rast gəlinib. Belə ki, Səfərov Hüseyn Mehdi oğlunun meyitinin müayinəsi zamanı bədənində sümüklərin yerdəyişmiş sınığı, döş qəfəsinin deformasiyaya uğradığını aşkarlanıb. Professor bildirib ki, Səfərov Hüseyn Mehdi oğlunun ölüm səbəbi posttravmatik və posthemarragik şok olub. Sverlovsk vilayətinin verdiyi ölüm haqda şəhadətnamədə, Səfərov Hüseyn Mehdi oğlunun ölüm səbəbi travma göstərilib. Qraçova Kseniya Valeryevanın apardığı ekspertiza nəticəsində onun küt travma ilə qətlə yetirildiyi qeyd edilib. İkinci qardaşın rəyində ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib.
Əvvəllər Rusiyada tibbin inkişaf etdiyi iddia edilirdi. Kimin xəstəsi olurdusa, öncə rus həkimlərinin müayinəsinə can atırdı. Beynimizdə bir fikir formalaşmışdı ki, “rus həkimlər daha bacarıqlıdır”. Bilmirəm, bəlkə indi də elədir. Ola bilsin, rus həkimlər yaxşıdır, rus siyasilər yaxşı deyil, qərəzlidir. Ekspertiza nəticələrini oxudunqca, Omonçuların azərbayanlı qardaşlarla insan kimi davranmadığı ortaya çıxdı. Yalan danışan yüksək statuslu rəsmilərin də nə qədər aciz və aşağı səviyyəli insan olduqlarını da gördük.
Əslində Azərbaycan xalqı kin duymayan, güzəştə getməyi bacaran və bir az da unutqan xalqdır. Biz 1990-cı il 20 Yanvar hadisəsini nə tez unutduq? Bizi o zaman da ruslar qırmışdı. O zaman daha pis idi ki, gəlib bizi öz evimizdə öldürürdülər.
Və yaxud Xocalı soyqırımından danışsaq, o zaman bizi kim soyqırıma məruz qoymuşdu? O zaman da ruslar idi. Erməninin bizə gücümü çatardımı, ruslar olmasaydı?
Ən son 2020-ci il 44 günlük müharibədən sonra ərazilərmizə sülhməramlı adı ilə kim soxulmuşdu? Ruslar... Qəbul etsək də, etməsək də, ruslar tarix boyu bizimlə düşmənçilik siyasəti aparıb. Qırıb, məhv edib. Yoxmuş kimi, aşağıymış kimi davranıb. Mövcud vəziyyət bizə niyə qəribə gəlir ki?
Ruslarda qəribə bir xislət var, “mən nə edirəmsə, haqlıyam. Sən etsən, iki qat əvəzini verəcəm və səni günahkar çıxaracam”. Onlar tarix boyu bu prinsiplə yaşayıb.
Uzağa getməyək, elə Ukrayna savaşını götürək. Bəli, Ukrayna prezidenti Qərbə arxalanıb bu savaşa girməməli idi. Amma baxın, Putin nə deyir: “Rus əsgərinin ayağının basdığı hər yer Rusiyadır”... Böyük iddiadır, əslində. Bəlkə də, Rusiyanın həzm etmədiyi budur. Azərbaycan torpaqlarına da Rus əsgəri dəfələrlə ayaq basıb, amma Azərbaycan torpaqları heç bir zaman Rusiyanın olmayıb. Azərbaycan öz gücünə, qan bahasına öz torpaqlarına sahib çıxıb. Düzgün və uzaqgörən siyasət nəticəsində ruslar Azərbaycan torpaqlarından çıxarılıb. Yadınıza gəlirmi, rus sülhməramlıları ermənilərə unitaz daşımağa kömək edirdi...
Axı, Rusiyanın imperialist siyasəti sizə niyə qəribə gəlir?
Çıxış yolu varmı bu vəziyyətdən? Var! Bizə qardaş olanlara Türkiyə və Pakistana daha da yaxın olmaq...
İradə Cəlil, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.