AZ

Ermənistan parlamentinin spikeri müxalifəti dilənçilərə bənzədib

Ermənistan parlamentinin növbədənkənar iclasında spiker Alen Simonyan növbəti dəfə yerli müxalifəti sərt ifadələrlə tənqid edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Simonyan çıxışı zamanı xüsusilə “Ermənistan” müxalifət blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanı və onun həmkarlarını hədəfə alıb.

“Onlar daim müxtəlif növ ‘Vazgen’ləri – Vazgen Manukyanları və Vazgen Qalstanyanları önə çıxarırlar. Guya, əziz xalq, sizin seçmək haqqınız yoxdur. Sadəcə olaraq hakimiyyəti bu Vazgenlərdən birinə verməlisiniz – ya birinə, ya da digərinə. Ancaq məsələ “Elektrik Şəbəkələri” QSC-yə çatanda qəfil bəlli olur ki, xalq artıq subyektdir və qərarları özü verməlidir,” – deyə Simonyan bildirib.

Spiker həmçinin qeyd edib ki, “Elektrik Şəbəkələri” QSC ilə bağlı Samvel Karapetyanın özünün dediyi kimi, ona “Elseti” (şirkət) vecinə deyil:

“Başa düşürəm ki, bəzi şəxslərdə müəyyən gözləntilər var. Onlar düşünürlər ki, bir gün Samvel Karapetyan çıxacaq, biz də yaxınlaşıb deyəcəyik: ‘Biz o vaxt gəlib orada dayandıq. İndi zəhmət olmasa, bizə bir neçə qəpik ver, bu və ya digər məsələ ilə bağlı kömək et.’”

Spikerin bu açıqlamaları müxalifət dairələrində narazılıq doğurub.

Musavat.com

Seçilən
15
17
musavat.com

10Mənbələr