AZ

20 milyon avro+2 futbolçu təklif etdi - Premyer Liqaya gəlməsi üçün

“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” Neapol klubuna təxminən 20 milyon avro ilə yanaşı, hücumçuları Darvin Nunyes və Federiko Kyezanı da təklif edib.

Hazırda “Napoli” rəhbərliyi bu təklifi ciddi şəkildə nəzərdən keçirir.

26 yaşlı Osimhen son mövsümü icarə əsasında “Qalatasaray”da keçirib. O, İstanbul klubunda 41 matçda 37 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nigeriyalı futbolçunun “Napoli” ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Seçilən
13
50
sportinfo.az

10Mənbələr