AZ

Ermənistan parlamentində dava: Deputat həmkarlarına butulka atdı – Video


Ermənistan Parlamentinin iyulun 3-də keçirilən növbədənkənar iclasında dava düşüb.
Yeniavaz.com
“News.am” portalına istinadla xəbər verir ki, müxalifətçi deputat, hakim “Mülki müqavilə” partiyasının keçmiş üzvü Ovik Ağazaryanın çıxışından sonra vəziyyət gərginləşib.
Belə ki, Baş nazir Nikol Paşinyanın keçmiş silahdaşı Rusiya tərəfini Ermənistanın təxribatlarına uymamağa çağırıb.
“Rusiya tərəfini bizim təxribatlarımıza boyun əyməməyə çağırıram”, - Ağazaryan bildirib.
Bu açıqlama onun keçmiş partiya yoldaşları arasında şiddətli reaksiyaya səbəb olub.
Parlamentin vitse-spikeri Akop Arşakyan deputatları qaydalara riayət etməyə çağırsa da, zalda vəziyyət gərginləşib.
Baş verənlərə cavab olaraq, Ovik Ağazaryan hakim partiyadan olan deputatlara tərəf butulka atıb.
Bundan sonra hakim partiyadan olan deputat Arman Eqoyan və Ovik Ağazaryan arasında çəkişmə olub. İki millət vəkilini çətinliklə ayırmaq mümkün olub.
Nəticədə, parlamentin vitse-spikeri Akop Arşakyan Ağazaryanın iclas zalından çıxarılmasını tələb edərək, sonuncunun bugünkü iclasda iştirakını qadağan edib.
Qeyd edək ki, bundan əvvəl Ovik Ağazaryan “Vətəndaş müqaviləsi” partiyasının sıralarından xaric edilib.
Seçilən
0
16
yeniavaz.com

10Mənbələr