Bu ilin yanvar-iyun aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 36 milyard 622,506 milyon manat təşkil edib.
“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq 15 257 olub.