AZ

La Liqa rəsmən açıqladı

La Liqa 2025/26 mövsümü üçün "Kamp Nou" stadionunu "Barselona"nın ev stadionu kimi təyin edib. SİA xəbər verir ki, "Barsa" çempionatın ilk ev matçını La Liqanın 4-cü turunda "Valensiya"ya qarşı yenilənmiş "Kamp Nou"da keçirməlidir. Komanda çempionatdakı ilk 3 görüşünü səfərdə keçirəcək. Bu, arenadakı təmir işləri ilə əlaqədardır.

Stadionun tam yenidən qurulması 2026-cı ilin yayında başa çatacaq. O vaxta qədər "Kamp Nou" tutum məhdudiyyətləri ilə fəaliyyət göstərəcək. Yalnız birinci və ikinci mərtəbələr azarkeşlərin ixtiyarına veriləcək.

Qeyd edək ki, son iki mövsümdə Kataloniya komandası Lyuis Kompanis adına Olimpiya Stadionunda çıxış edib.

Seçilən
10
2
sia.az

3Mənbələr