AZ

Arif Əsədov: Yeni baş məşqçi gələndə əhval ruhiyyə yüksək olur .

ain.az, sport24.az saytına istinadən bildirir.

"Sabah"da yeni baş məşqçi və transferlər var. Rəsmi oyunlarını görmədiyimiz üçün komandanın hazırkı durumu barədə fikir bildirmək düzgün deyil". Bu sözləri Sport24.az-a açıqlamasında Arif Əsədov deyib.Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda baş tutacaq "Sabah" – "Sele" (Sloveniya) qarşılaşmasından gözləntilərini açıqlayıb:‌"Ötən mövsümün sonlarında klubun çıxışını nəzərə alsaq, ruh yüksəkliyi olduğunu demək olar. Bu baxımdan "Sele"yə qarşı da uğurlu çıxış edəcəklərinə ümid var. Şansları 50/50-yə sayıram. Rəqib də çox güclüdür. Keçən il Konfrans Liqasında uğur qazanmağı bacarıb. Amma "Sabah" bu rəqibi keçmək gücündədir. Qısa zamanda yeni baş məşqçi ilə oyuna çıxmağın müsbət və mənfi tərəfləri var. Müsbət məqam odur ki, komandaya yeni baş məşqçi gələndə əhval-ruhiyyə yüksək olur. Hamı özünü yaxşı tərəfdən göstərmək üçün daha əzmlə çalışır. Mənfi tərəfi isə, uyğunlaşmaq baxımdan çətinlik ola bilər. Qısa müddətdə oyun üslubunu, futbol fəlsəfəni aşılamaq o qədər də asan deyil".Qeyd edək ki, "Sabah" – "Sele" matçı iyulun 10-da, saat 20:00-da "Bank Respublika Arena"da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
sport24.az

1Mənbələr