AZ

Ermənistan hakimiyyəti istəsə... – Amerikadan gələn təklif

Azərbaycan sülh müqaviləsinin mətni üzərində razılığın əldə olunduğunu bildirir, bəs imzanın qarşısını alan nədir? Bakı prosesin uzanmasının səbəbi kimi Ermənistanın iki əsas şərti – Minsk qrupunun ləğvi və konstitusiya dəyişikliyini – yerinə yetirməməsini göstərir. Paşinyan hökuməti bu tələbləri bilərəkdənmi gecikdirir, yoxsa daxildəki vəziyyət buna imkan vermir? 

Durumu “Yeni Sabah”a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, bu haqda müxtəlif iddialar var. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, yekun sənədin imzalanması üçün 2 tələb yerinə yetiriliməlidir -  ATƏT-in Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasında dəyişikliklər:

“Birinci məsələ uzun zaman apara bilməz. Ermənistan hakimiyyəti istəsə, onu ən qısa zamanda həll edə bilər. Bunun üçün Azərbaycan ilə birlikdə ATƏT-in rəhbərliyinə müraciət edərək formatın fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət oluna bilər. Ermənistan bu günə qədər bunu yubadıb. Dominos pizza

İkinci məsələ konstitusiya dəyişiklikləri ilə bağlı məsələdir ki, bu, müəyyən qədər zaman alacaq. Hal-hazırda Ermənistan daxilində vəziyyət də buna uyğun deyil. Nikol Paşinyan da bu məsələlərdən istifadə edərək prosesi uzatmağa çalışır. 

Düşünmürəm ki, bu ay ərzində yekun sülh müqaviləsi imzalana bilər. Bu, real deyil. Əgər belə olsa, Azərbaycan öz irəli sürdüyü tələblərdən imtina etmiş olur. Hansı ki belə bir niyyət qətiyyən yoxdur. Azərbaycan Ermənistan hakimiyyəti ilə deyil, Ermənistan cəmiyyəti və dövləti ilə sülh müqaviləsi bağlamaq istəyir. Məsələ budur ki, hal-hazırda Ermənistan cəmiyyətinin müəyyən bir hissəsi konstitusiya dəyişikliklərinə qarşı çıxır. Hansı ki hazırkı konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Azərbaycan bunun ləğvini istəyir. 

Hansısa ilkin sənəd razılaşıb imzalana bilər, amma bu çərçivə sənədi olacaq. Yekun sülh sazişi yalnız Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında qeyd olunan dəyişikliklər keçirildikdən sonra ola bilər”.

Carnegie Fondu tərəfindən təklif olunan, ABŞ-ın nəzarəti ilə Türkiyə, Ermənistan və Azərbaycanın razılığı əsasında yaradılacaq yeni regional əməkdaşlıq platforması layihəsini şərh edən O. Qasımov bildirib ki, hələlik bu təklifin detalları bəlli deyil: 

“Biz Amerika tərəfindən zaman-zaman həm Bayden, həm də Tramp adminstrasiyası tərəfindən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını bəyan edildiyini görmüşük. Bununla bağlı ciddi hərəkətlənmə olduğunu düşünmürəm. Doğrudur ABŞ nümayəndəsi mart ayında Putinlə görüşdən sonra Bakıya gəldi və yayılan məlumatlara görə bir çox məsələləri müzakirə edib o cümlədən Ermənistanda sülh prosesi müzakirə olunub”.

O. Qasımov deyir ki, prinsipcə Azərbaycan bu məsələyə etiraz etmir. Eyni zamanda Güney Qafqaza sülh və əməkdaşlıq gətirəcək istənilən əməkdaşlığa və formata hazırdır: “Uzun müddətdə müxtəlif formatlarda da danışıqların davam etməsi məhz bununla bağlı idi. ABŞ doğurdan da konstruktiv olaraq Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına cəhd göstərəcəksə, müəyyən rol oynaya bilər. 

Doğrudur hələ Bayden adminstrasiyası tərəfindən bildirilirdi ki, Zəngəzur dəhlizinin açılmasına tərəfdardır, amma bu Ermənistanın suverenliyi çərçivəsində olmalıdır. Təbii ki, bizim buna etirazımız yoxdur və həmin ərazilər tarixi olaraq bizə aid olsa da bu gün faktiki olaraq beynəlxalq hüquqla Ermənistana məxsusdur. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı istəyi ondan ibarətdir ki, bu dəhlizdə Azərbaycan vətəndaşlarının yükləri və nəqliyyat vasitələri təhlükəsiz və maneəsiz hərəkətinə şərait yaradılmalıdır. Belə olacağı təqdirdə Azərbaycan buna razılıq verəcək. 

Ermənistan baş nazirinin Türkiyədəki görüşü də müəyyən ümidlər yaradıb. Hər halda biz bu məsələdə daha çox Ermənistanın mövqeyinə nəzər salmalıyıq. Çünki Ermənistan bu günə qədər müxtəlif manipulyasiyalar ilə prosesi uzatmağa çalışıb və kənar təsirlərə açıq olub. Əgər Ermənistan qərar verəcəksə və məlum şərtlər əsasında dəhliz açılacaqsa, sözsüz ki bütün bölgələrin ilk növbədə də Ermənistanın xeyrinə olacaq”.

Rəvan Rzazadə


Telegram kanalımız
Seçilən
12
50
yenisabah.az

10Mənbələr