AZ

Ukrayna ordusundan Rusiyaya dağıdıcı zərbə: Məhv edildi

BAKI, 3 iyul. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hərbi-sənaye kompleksi obyektinin - Lipetsk vilayətinin Yelets şəhərindəki “Enerqiya” zavodunun məhv edilməsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, Baş Qərargah zərbələr nəticəsində zavodun fəaliyyətini dayandırdığını bildirib.

Məlumatda deyilir ki, iyulun 3-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun hərbi sistemləri üçün akkumulyator və batareyalar istehsal edən “Enerqiya” ASC-yə zərbələr endirib.

Qeyd edilir ki, hərbi müəssisə “İskəndər-M” operativ-taktiki raket kompleksləri üçün akkumulyatorlar, “X-35U” qanadlı raketləri və ixtisaslaşdırılmış komplekslər üçün enerji modulları istehsal edir.

Zavodda partlayışlar qeydə alınıb. İstehsal dayandırılıb.

Yanğın nəticəsində dəymiş ziyanın nəticələri dəqiqləşdirilir.

Seçilən
6
37
teleqraf.com

10Mənbələr