AZ

Vüqar Dadaşov: “Bu, Rusiyanın Ermənistanı itirməsinə bərabərdir”

Yazını böyüt
Yazını kiçilt

“Ermənistan və Rusiya arasında, eləcə də Ermənistanda daxili gərginliyin dərinləşməsi Paşinyanın Türkiyəyə səfəri və danışıqların mövzusunun geniş işıqlandırılması ilə bağlıdır. Həmçinin, Ermənistan və Rusiya arasında gərginliyin əsas səbəblərindən biri də Zəngəzur dəhlizinin açılması ehtimalının yüksəlməsi və dəhlizə nəzarətin Rusiyaya deyil, Qərb şirkətlərindən birinə verilməsi ilə bağlıdır”.

Bunu Hafta.az-a siyasi şərhçi Vüqar Dadaşov Ermənistanda hakimiyyətlə kilsə arasında yaranan gərginlik, Rusiya-Ermənistan münasibətlərinin getdikcə soyuqlaşmasına diqqqət çəkərkən deyib.

“Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsini bir neçə aspektdən dəyərləndirmək olar. Əvvəla, Ermənistan Paşinyan iqtidarı ilə Rusiyanın Ermənistandan çıxarılmasına hesablanan evrointeqrasiya siyasəti Rusiya-Ermənistan münasibətlərini gərgin vəziyyətdə saxlayır. Rusiyanın Ermənistanın antiRusiya siyasətini dəyişmək üçün həm təzyiq və həm də Paşinyanın hakimiyyətdən uzaqlaşması üçün etdiyi cəhdləri nəticə verməyib. Koçaryan, Sarkisyan kimi Rusiya yönümlü şəxslərin isə Ermənistanda heç bir nəticəyə nail olmaması, rəsmi Moskvanın erməni kilsəsi ilə siyasi dəyişiliklər prosesinə start versə də, keşiş Baqratın sonda geri çəkilməyi ilə nəticələndi".

V.Dadaşov vurğulayıb ki, erməni dövlətçiliyində və cəmiyyətində böyük nüfuzu olan erməni kilsəsi bütün dövrlərdə Rusiyanın əsas dayağı olub. Hal-hazırda da Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin də Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı kimi Rusiya maraqlarına xidmət edir.

"Əslində Paşinyan və Qaregin arasında yaranan gərginliyin səbəbi Qareginin Paşinyan iqtidarına yarada biləcəyi təhlükədir. Artıq Paşinyanın II Qaragenin andını pozması haqqında inamlı və əsaslı açıqlaması erməni cəmiyyətində, kilsədə və eləcə də diasporda parçalanmaya səbəb olub. II Qareginin katalikos postunda qalacağı artıq çox çətin olacaq. Heç şübhəsiz ki, Paşinyan II Qareginin üzərində qələbə qazanacaq. Paşinyan Qaregini devirərsə, Rusiyanın Ermənistanda vəziyyətə təsir edə biləcək son dayağını itirəcək. Bu da Rusiyanın Ermənistanı itirməyinə bərabərdir”-ekspert bildirib.

Seçilən
1
50
hafta.az

10Mənbələr