AZ

İranın Bakıdakı keçmiş səfiri: “Azərbaycanda İsrail hərbi bazası yoxdur”

“İsrailin dronlarının İrana tərəf hərəkəti əvvəllər də olub. Xüsusilə, Qarabağ müharibəsi zamanı bu dronlar Ermənistandakı prosesləri yoxlamaq üçün hərəkət edirdilər. Bizim də xəbərimiz olurdu və bir dəfə bundan xəbərimiz olduğunu göstərmək üçün həmin dronlar vurulurdu”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin çıxış edib.

Onun sözlərinə görə, həmin vaxt araşdırma aparan zaman bunun Azərbaycanla əlaqəsi yoxdur. “Məlum oldu ki, İsrail bunu Azərbaycanla razılaşmadan edib. Biz də bildirik ki, İsrail heç kimlə razılaşmır və belə addımlar atır. O dönəmdə rəsmi Bakı bizi əmin etdi ki, heç bir ölkəyə hava və quru sahəsindən İrana qarşı istifadə etməyə imkan verməyəcəklər. Onlar sözlərinə sadiqdirlər”.

Pakayin onu da deyib ki, əgər İrana qarşı 12 günlük müharibədə İsrailin bu marşrutdan istifadə etdiyi dəqiqləşərsə, o zaman Tehran məsələni Azərbaycan tərəfi ilə müzakirə edəcək. “İsrailin Azərbaycanda hərbi bazası yoxdur. Azərbaycan Konstitusiyasına görə, heç bir ölkənin Azərbaycanda hərbi bazası ola bilməz. Azərbaycanda sonuncu xarici hərbi baza Rusiyaya məxsus idi ki, bu da 10 il öncə ləğv edilib”.

Pakayin sonda vurğulayıb ki, İrana qarşı İsrailin müdaxilələri sübut olunmayanadək Azərbaycana reaksiya dostcasına olacaq. “Amma, araşdırmalar əksini sübut edərsə, o zaman ciddi danışacağıq!”

Fərda Uğur

Seçilən
6
36
tribunainfo.az

10Mənbələr